Nov 28

İsveçin NATO-ya müraciətinin ratifikasiyası Türkiyəyə F-35-lərin verilməsindən asılıdır

İsveçin xarici işlər naziri Tobias Billstrom etiraf edib ki, F-35 qırıcılarının Türkiyəyə tədarükü və İsveçin NATO-ya qoşulmaq üçün ərizəsinin ratifikasiyası bir-birinə bağlı məsələlərdir.

Mozalan.az xəbər verir ki,  APA-nın Moskva müxbiri qeyd edir ki, isveçli nazirin sözlərinə görə, Ankaranın Stokholmun NATO-ya qoşulması üçün müraciətinin ratifikasiya etməsi Türkiyəyə F-35-lərin verilməsindən asılıdır.


"Artıq bilirik ki, bu iki məsələ bir-birinə bağlıdır, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə sentyabrda artıq danışıb. Bu, necə deyərlər, sadəcə çox zəif saxlanılan bir sirdir. Ancaq xatırlamalıyıq ki, İsveç NATO-ya qoşulmaq üçün artıq tələbləri yerinə yetirib", - deyə Billstrom vurğulayıb.

Bənzər xəbərlər

Gündəm

0.052955150604248