Fillipin hökuməti üsyançılarla sülh danışıqlarını bərpa edib
Filippin hökuməti və kommunist üsyançılar onilliklər boyu davam edən qarşıdurmaya son qoymaq üçün 6 illik fasilədən sonra sülh danışıqlarını bərpa etmək barədə razılığa gəliblər.
Mozalan.az xəbər verir ki, noyabrın 23-də Norveçin paytaxtı Osloda imzalanmış hər iki tərəfin birgə bəyanatında tərəflərin silahlı münaqişənin prinsipial və dinc yolla həllinə razılaşdığı bildirilib.
"Tərəflər köklü sosial-iqtisadi və siyasi narazılıqları etiraf edir və sülh danışıqları üçün prioritetləri müəyyən edən çərçivə ilə çıxış etməyə razılaşırlar", bəyanatda qeyd olunub.
Qeyd edək ki, 1969-cu ildə başlanmış və davam edən silahlı mübarizə qlobal kommunist hərəkatından çıxaraq Filippinin zəngin və yoxsul təbəqəsi arasında mübarizəyə çevrilib.
1980-ci illərdə qrup öz tərəfdarlarının sayında rekord rəqəmə çatıb, o 26 000 döyüşçüyə malik olub. Lakin Fillipin ordusunun məlumatına görə, indi onların sayı bir neçə minə qədər azalıb. 1986-cı ildən bəri Filippin administrasiyaları hərəkatın Hollandiyada yerləşən siyasi qolu olan NDF vasitəsilə kommunistlərlə sülh danışıqları aparır. 2016-cı ildə özünü sosialist elan edən keçmiş prezident Rodriqo Dutertenin seçilməsi sülh danışıqlarına nikbinlik yaransa da lakin sonradan danışıqlar təhdid və ittihama çevrilib, o zamankı prezident Duterte 2017-ci ildə danışıqları dayandırıb və qrupu terror təşkilatı elan edib.
Dutertenin sözlərinə görə, bunun səbəbi danışıqlar davam edərkən üsyançıların polis və əsgərləri öldürməsi olub. Son illərdə hökumət maliyyə yardımı və dolanışıq imkanları müqabilində yüzlərlə kommunist üsyançının təslim olduğunu iddia edib. Bildirilir ki, kommunist üsyançılar və hökumət qüvvələri arasında bu əllər ərzində davam edən toqquşmalara 40 000 insanın həyatına son qoyub.