Nov 28

Dövlət Agentliyi: Peşə təhsilində sovet dövründən qalma model artıq işləmir

Peşə təhsili səviyyəsinin keyfiyyətinin aşağı olmasının səbəbi ənənəvi peşə təhsili modelinin uğursuz olmasıdır.

Mozalan.az xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov "Effektiv kommunikasiya" mövzusunda keçirilən seminarda məlumat verib.

O bildirib ki, sovet dövründən qalma model artıq işləmir:

"Peşə təhsili sahəsində yeni təhsil modellərinin hazırlanması istiqamətində işlər aparılır".

Ceyhun Kərəmov həmçinin qeyd edib ki, bu gün ölkədə əmək bazarının araşdırılması qənaətbəxş deyil:

"Yaxşı olardı ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əmək bazarı ciddi araşdırılsın və bizə detallı məlumat verilsin ki, həmin istiqamətlərdə ixtisaslar açaq. Eyni zamanda, İqtisadiyyat Nazirliyindən də gələcəkdə hansı ixtisasların prioritet qazanacağı ilə bağlı məlumat alsaq, yaxşı olardı".

Bənzər xəbərlər

Gündəm

0.039792060852051