Nov 25

9 mln. manatı mənimsəməkdə ittiham olunan MN-in Xidmət rəisinin məhkəməsi başlayır

Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə Xidməti rəisi, polkovnik Rəşad Məlikzadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Mozalan.az xəbər verir ki, təqsirləndirilən şəxs Rəşad Məlikzadə barəsində toplanan cinayət işi materialları baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Rafiq Abbasovun icraatına verilib.

Qeyd edək ki, Rəşad Məlikzadə barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən vəsatət Bakı Hərbi Məhkəməsinə göndərilib.

Məhkəmə vəsatəti təmin edib və polkovnik barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Rəşad Məlikzadə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdara mənimsəmə) maddəsi ilə ittiham olunur.

R.Məlikzadə 9 milyon manata yaxın pul vəsaitini mənimsəməkdə ittiham olunur.

Bənzər xəbərlər

Gündəm

0.03439998626709