Nov 22

Türkiyə XİN Qəzzada 4 günlük humanitar atəşkəsin elan edilməsinə münasibət bildirib

Türkiyə Qəzzada 4 günlük humanitar atəşkəsin elan edilməsinə dair razılaşmanı müsbət hal kimi qarşılayır.

Mozalan.az xəbər verir ki, APA-nın-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN-nin bəyanatında deyilir.

Qeyd olunub ki, Ankara əsir və məhbusların bir qisminin azad edilməsini və Qəzzaya buraxılan humanitar yardımın həcminin artırılmasını ehtiva edən razılaşmaya tam əməl olunmasını gözləyir:

“Ümid edirik ki, bu humanitar ara münaqişənin ən qısa zamanda tamamilə dayandırılmasına və iki dövlətli həll əsasında ədalətli və davamlı sülhə doğru prosesin başlanmasına kömək edəcək. Qətərin bu razılaşmaya nail olmaq üçün göstərdiyi səyləri yüksək qiymətləndiririk”.

Bənzər xəbərlər

Gündəm

0.16701197624207