Nov 21

“Uşaq Hüquqları Aylığı” çərçivəsində “Cyber4kids”mövzusunda təlim keçirilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) və Elektron Təhlükəsizlik Xidmətinin (ETX) birgə təşkilatçılığı ilə BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində təşkil edilən “Uşaq Hüquqları Aylığı” çərçivəsində “Cyber4kids” mövzusunda təlim keçirilib.

Mozalan.az RİNN-ə istinadən xəbərinə görə, təlimin keçirilməsində məqsəd 13-17 yaş qrupunda olan uşaqların kibertəhlükəsizlik sahəsində maarifləndirilməsi, onların kibergigiyena qaydaları və fərdi məlumatların mühafizəsi sahəsində məlumatlandırılması idi.

Təlim zamanı iştirakçılara RİNN, ETX və “AzInTelecom” MMC-nin əməkdaşları tərəfindən kibertəhlükəsizlik, kibergigiyena qaydaları, fərdi məlumatların qorunması, antivirus proqramları, zərərli kontent, sosial mühəndislik və fişinq hücumları, o cümlədən kiberbullinq barədə geniş məlumat verilib.

Daha sonra interaktiv tapşırıqlar icra olunub və iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

Qeyd edək ki, BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyası 20 noyabr 1989-cu il tarixində BMT Baş Assambleyasının 44-cü sessiyasında qəbul edilib və iştirakçı dövlətlərin hər bir uşaq üçün təmin etməli olduğu universal standartları müəyyən edir. Ölkəmiz adıçəkilən Konvensiyaya 1992-ci ildə qoşulub.

Bənzər xəbərlər

Gündəm

0.029906988143921