Azərbaycan İssık-Kul gölü sahilində 5 ulduzlu hotel tikəcək
Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında İssık-Kul gölünün sahilində beşulduzlu mehmanxananın tikintisi üzrə investisiya qoyuluşu haqqında Saziş”in təsdiq edilməsi barədə fərman imzalayıb.
Mozalan.az xəbər verir ki, saziş oktyabrın 12-də Bişkek şəhərində imzalanıb.
Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Prezidentinin İşlər İdarəsi onun müddəalarının həyata keçirilməsini təmin edəcək.
Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiy