Nov 21

Penitensiar xidmətin rəisinə general-mayor ali xüsusi rütbəsi verildi

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin əməkdaşlarına ali xüsusi rütbələr verilib.

Mozalan.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikası ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi Mirsaleh Miradil oğlu Seyidova ədliyyə general-mayoru ali xüsusi rütbəsi verilib.
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq baş idarəsinin rəisi Cavid Ənvər oğlu Hüseynova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib.

Bənzər xəbərlər

Gündəm

0.02549409866333