"Neft sektorunun payı qeyri-neft sektorunun payından çoxdur" - Deputat
Maddələr üzrə büdcə layihəsinə baxdıqda görürük ki, azad olunmuş ərazilərin bərpasına 4 milyard manat ayrılıb.
Mozalan.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vüqar Bayramov deyib.
“Müdafiə xərcləri üçün 6 milyard ayrılıb. Ümumillikdə götürdükdə büdcənin 28.3 faizi işğaldan azad olunmuş torpaqların bərpası və müdafiə sahəsinin gücləndirilməsi istiqamətində xərclənəcək. 2024-cü ilin büdcə layihəsində göstərilir ki, neft sektorunun payı qeyri-neft sektorunun payından çoxdur. 7milyard 630 manat azad olunmalar və güzəştlər üçün ayrılıb. Qanun layihəsinin dəstəkləyirəm”,- deyə deputat əlavə etdi.