Ufada soyğunçudan mağazanın mühafizəçisinə qəribə hədə: “Səni yoluxduraram” - VİDEO
Rusiyanın Ufa şəhərində mağazanın 60 yaşlı mühafizəçisi soyğunçu tərəfindən bıçaqla yaralanıb.
İddialara görə, 33 yaşlı şəhər sakini guya dostuna hədiyyə almaq üçün mağazaya gəlib və mühafizəçidən elektrik ülgüclərinin olduğu rəfi soruşub.
Bu hərəkəti ilə o, mağaza işçisinin diqqətini çəkib və mühafizəçi oğurluqdan şübhələnib, onu yoxlama otağına dəvət edib.
Amma pencəyinin altında spirtli içki gizlədən ziyarətçi oğurladığı malları qaytarmaqdan imtina edib və cibindən şpris çıxarıb. O, mühafizəçini HİV infeksiyasına yoluxduracağı ilə hədələməyə başlayıb, sonra isə bıçaqla ona hücum edib. Soyğunçu mühafizəçiyə xəsarət yetirərək hadisə yerindən qaçıb.
Yaralı mühafizəçi xəstəxanaya çatdırılıb, oğru isə tez zamanda qonşu ərazidə tapılaraq saxlanılıb.
Mənbə: “Mash Batash” “Telegram”