Nov 20

Nazir müavini: Bərdə-Ağdam və Horadiz-Ağbənd avtomobil yolunun tikintisi davam edir

Bərdə-Ağdam (47,1 km) və Horadiz-Ağbənd (110,4 km) dəmir yolu xətlərinin tikintisi işləri də davam etdirilir. Layihələr üzrə əldə edilmiş fiziki tərəqqi uyğun olaraq 83 və 44 faiz təşkil edir.

APA-Economics” xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, İşçi Qrupunun rəhbəri Rəhman Hümmətov Şuşa şəhərində Azərbaycan Respublikasının işğaldan azad edilən ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılan Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə İşçi Qrupunun növbəti iclasında çıxışı zamanı deyib.

O bildirib ki, hazırda ümumi uzunluğu 2157 kilometr olan 17 layihə üzrə avtomobil yollarının tikintisi işləri qrafikə uyğun aparılır və bunların da əksəriyyəti respublika əhəmiyyətli yollardır.

Nigar Məhərrəm

Bənzər xəbərlər

Gündəm

0.026576042175293