Nov 20

Avropada təbii qazın qiyməti 530 dolları ötüb

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 530 ABŞ dollarını ötüb.

Mozalan.az xəbər verir ki, “APA-Economics” xəbər verir ki, 20 noyabr tarixində dekabr fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i Avropanın ən likvid virtual satış mərkəzi) indeksi 531,3 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (506,3 dollar) ilə müqayisədə 4,9% çoxdur.

Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

Qeyd edək ki, 2020-ci ilin dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.

 

Emil İsmayılov

Bənzər xəbərlər

Gündəm

0.027265071868896