Nov 20

Şabranda 29 yaşlı kişini avtomobil vuraraq öldürüb

Şabranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Mozalan.az xəbər verir ki, DİN-in mətbuat xidmətinin Quba regional qrupundan APA-ya verilən məlumata görə, noyabrın 19-u saat 00:10 radələrində Bakı- Quba-Dağıstan sərhədi yolunun 107-ci kilometrliyində Siyəzən rayon sakini Xanbaba İbrahimov idarə etdiyi "KİA" markalı avtomobil ilə eyni istiqamətdə sağdan sola yolu keçən piyada - 1994-cü il təvəllüdlü Xaçmaz şəhər sakini Hüseynağa Qəribovu vurub. H.Qəribov hadisə yerində ölüb.

X.İbrahimov hadisə yerindən yayınıb, daha sonra isə özü Siyəzən RPŞ-ə gedərək hadisə barədə məlumat verib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

 

***

12.36

Şabranda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosu xəbər verir ki, 29 yaşlı Hüseynaga Qəribovu yolu keçərkən avtomobil vurub. O, aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

 

Cəfər Talıb

Bənzər xəbərlər

Gündəm

0.10482907295227