Nov 20

Yeni Zelandiyadan Diyarbəkirə gəlin gəldi: 16 min kilometr yol qət etdi

Diyarbəkirdə yaşayan Doğan Mercan sosial şəbəkədə tanış olduğu Yeni Zelandiya sakini Jasmin Makkenzi ilə evlənmək qərarına gəlib.

Xanım sevgilisinə qovuşmaq üçün 16 min kilometr yol qət edərək Diyarbəkirə çatıb.

21 yaşlı gənclər sosial şəbəkədə tanış olublar. Mercanın ailəsi videozəng edərək qızı ailəsindən istəyib. Ailələrin razılığı ilə Makkenzi 30 saat təyyarə ilə uçaraq Türkiyəyə çatıb. Yol uzaq olduğundan onun yaxınları xanımla birgə gələ bilməyiblər. Lakin bu, Yeni Zelandiya sakininin xoşbəxtliyinə mane olmayıb.

O, özünü yuxudakı kimi hiss etdiyini bildirib və gələcək həyat yoldaşının öz vətənində qalmasını tərcih etdiyini, bu istəyə hörmətlə yanaşdığından Türkiyəyə gəldiyini bildirib.

Mənbə: Haber Global

Bənzər xəbərlər

Gündəm

0.028603076934814