Nov 18

Liliya Rax: “Hər ölkənin öz DNT-si var, onu yayımlamaq lazımdır” - FOTO

“Milli mədəniyyətini öyrənmək, onu müasir formada təqdim etmək - bu gün mənə sadəcə bu çatmadı”.

Bunu Mozalan.az-a müsahibəsində “Baku Fashion Week”ə dəvət olunan istedadlı stilist və Qazaxıstandakı moda imperiyasının sahibi Liliya Rax deyib.

Moda həftəsinin ilk günündə Azərbaycanın paytaxtında keçirilən şoulara münasibət bildirən dünya şöhrətli stilist bildirib ki, hər ölkənin öz DNT-si var, onu yayımlamaq lazımdır.

“Bəli, onu müasir reallığa əkmək lazımdır, amma DNT özü əladır. Onun kolleksiyalarda olması müəlliflərini Azərbaycan, Qazaxıstan və ya başqa bir ölkəyə məxsus dizaynerlər edir. Avropanın surətini çıxarmaq... Nə mənası var? İstənilən büdcədə və istənilən qiymətə hər şeyin artıq öz yeri var. Ancaq torpaqdan, şumdan özünkünü yaratmaq, onu müasir dünyada əkmək - bax, bu heyrətamizdir”, - deyə Rax əlavə edib.

Firəngiz Ağalarova

Bənzər xəbərlər

Gündəm

0.018199920654297