Türkmənistan bu ölkə vasitəsilə qaz mübadiləsini genişləndirəcək
Türkmənistan İran vasitəsilə öz qazının svop tədarükü həcmini əhəmiyyətli dərəcədə artırmağa hazırdır.
Mozalan.az "TASS"a istinadən xəbər verir ki, bunu Aşqabadda keçirilən Türkmənistan-İran biznes forumunda çıxışı zamanı Türkmənistanın xarici işlər naziri Rəşid Meredov deyib.
"Hazırda qaz sənayesində müştərək işlər türkmən təbii qazının üçüncü ölkələrə tədarükünə imkan verən svop sxemi üzrə aparılır. Türkmənistan tərəfi bu cür tərəfdaşlığın əhəmiyyətli dərəcədə genişləndirilməsinə hazırdır",- deyə o bildirib.
O əlavə edib ki, neft-qaz sektoru Türkmənistan iqtisadiyyatının əsas sahələrindən biridir, onun maddi-texniki bazası ardıcıl olaraq modernləşdirilir, müasir texnologiya tətbiq edilir.