Nov 18

İsrail ordusu gecə Qəzza zolağında HƏMAS-ın hədəflərinə zərbələr endirdiyini bildirib

İsrail ordusu cümə gününə keçən gecə Qəzza zolağında HƏMAS-ın çoxsaylı hədəfinə hava zərbələri endirib.

Bu barədə İsrail Müdafiə Ordusu (SAXAL) məlumat yayıb.

SAXAL-ın verdiyi məlumata görə, zərbələr əsasən anklavdakı silah anbarlarına hədəflənib. Bundan əlavə, SAXAL Qəzzanın şimalında HƏMAS-ın blokpostu yerləşən ərazidə əməliyyat keçirdiklərini, burada pilotsuz uçuş aparatları (PUA) və digər silah növləri tapdıqlarını bildirib.

İsrail ordusundan verilən açıqlamaya görə, hərbçilər, həmçinin məktəb binasında gizlənən HƏMAS üzvlərinə qarşı da döyüş keçirib və bir neçə döyüşçü məhv edilib.

Qeyd edək ki, daha əvvəl Suriya mediası İsrail ordusunun Dəməşq və ətrafdakı bir sıra hədəflərə hava zərbələri endirdiyini bildirib.

Mənbə: The Times of Israel

Bənzər xəbərlər

Gündəm

0.017561912536621