Nov 17

İsrail ordusu Livandakı “Hizbullah” hədəflərinə zərbələr endirib

İsrail Müdafiə Qüvvələri Livandakı “Hizbullah” hərəkatının hərbi hədəflərinə qarşı yeni cavab zərbələri endirib.

“Qırıcı təyyarələr Livanda bir sıra “Hizbullah” terrorçu hədəflərinə hücum edib. Hücum edilən hədəflər arasında terror infrastrukturu, silah anbarı və hərbi bina var”, - deyə məlumatda bildirilib.

Mətbuat xidməti İsrail hərbçilərinin Livanda aşkar edilmiş terrorçu hüceyrəyə hücum etdiyini vurğulayıb.

“Malkiya və Menara bölgələri (İsrailin şimalında) istiqamətində də mərmilər atılıb. İsrail Ordusu atəşin açıldığı yerlərə hücum edir”, - deyə məlumata əlavə olunub.

Mənbə: TASS

Bənzər xəbərlər

Gündəm

0.033736944198608