Nov 17

Aİ Ermənistanla viza rejiminin liberallaşdırılması variantlarını araşdıracaq

“Biz Ermənistanla viza rejiminin liberallaşdırılması variantlarını araşdıracağıq. Bu o deməkdir ki, biz bunun mümkün olub-olmadığını görmək üçün prosesə başlayacağıq”.

Mozalan.az xəbər verir ki, bunu Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsinin mətbuat katibi Peter Stano "armenpress"ə müsahibəsində deyib.

Peter Stano bildirib ki, viza liberallaşdırılması çox vacibdir, çünki bunun nəticəsini insanlar görür, faydalanır.

“Amma bu, həm də bütün üzv dövlətlərin nəticədə razılığa gəlməli olduğu bir məsələdir və burada tərəfdaş ölkə tərəfindən yerinə yetirilməli olan vəzifələr də var. Ermənistan nümunəsində də bu keçərlidir. Biz variantları nəzərdən keçirməyə başlamaq və vizanın liberallaşdırılması imkanlarını araşdırmaq istəyirik. Bu, prosesin başlanğıcıdır, lakin hər şey yaxşı getsə, Ermənistan vətəndaşları üçün çoxlu fayda gətirə biləcək bir prosesdir", - Aİ rəsmisi deyib.

Peters Stano, eyni zamanda, əlavə edib ki, viza liberallaşdırılması üçün həmçinin, biometrik pasportların istifadəsi kimi texniki tələblərlə yanaşı, siyasi tələblər də var:

“İnsanlar ölkəni tərk etməyə və sığınacaq istəməyə məcbur edilmir. Bu siyasi tələblərin sırasında yer alır. Çünki viza məsələsində bu, əsas prioritetlərdən biridir”.

Onun sözlərinə görə, digər halda bu, sığınacaq axtaranların ani artımına və liberallaşdırılmış səyahət rejimindən sui-istifadə hallarına səbəb ola bilər. “Beləliklə, siyasi və texniki logistik meyarlar, daha sonra əlbəttə ki, üzv dövlətlər inandırılmalıdır ki, tərəfdaş ölkə viza liberallaşdırılmasından sui-istifadə hallarının olmaması üçün hər şeyi edib”, - Aİ-nin Ali nümayəndəsi Cozep Borrellin sözçüsü vurğulayıb.

Bənzər xəbərlər

Gündəm

0.034860134124756