Nazir müavini: Orta və uzunmüddətli proqnozları dəqiq vermək olmur
Çətin iqtisadi proseslər nəticəsində orta müddətli və uzunmüddətli proqnozları dəqiq vermək olmur.
Mozalan.az xəbər verir ki, bunu Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib.
Sahib Məmmədov qeyd edib ki, beynəlxalq maliyyə qurumları da öz verdiyi proqnozlara yenidən baxırlar: "Yeni nəsil islahatlar nəticəsində ölkə iqtisadiyyatında aparılan hesablamalar özünü doğruldur. Hamımız yaxşı bilirik ki, 9 ayda UDM-in 0.8% artması neft hasilatının azalmasının nəticəsidir. Neft hasilatının mənfi dinamikası davam edəcək”.