Bayden ABŞ-ın Ukraynaya yardımını əhatə etməyən qanun layihəsini imzalayıb
ABŞ Prezidenti Co Bayden hökumətin qapanmasının qarşısını alan müvəqqəti xərclər haqqında qanun layihəsini imzalayıb.
Mozalan.az "Associated Press"ə istinadən xəbər verir ki, imzalanmış xərclər paketi uzunmüddətli federal büdcə paket müzakirə edilərkən hökumətin maliyyələşdirməsini təxminən iki ay daha cari səviyyədə saxlayacaq.
Bu qanun yanvarın 19-dək hərbi, tikinti, veteranların işləri, nəqliyyat, mənzil və enerji departamenti daxil olmaqla Konqresin prioritetlərini maliyyələşdirir. Digər agentliklər fevralın 2-dək maliyyələşdiriləcək.
Baydenin imzaladığı xərclər paketi qanununa Ağ Evin İsrail və Ukraynaya müharibə zamanı yardım üçün təxminən 106 milyard dollar tələbi daxil deyil.
Qanun fələstinlilər üçün humanitar maliyyə və həmçinin sərhəd təhlükəsizliyi üçün maliyyənin ayrılmasını təmin etmir.