Nov 16

Əli Əsədov Rosselxoznadzor rəhbərini qəbul edib

Bu gün Baş nazir Əli Əsədov Rusiyanın Veterinar və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (Rosselxoznadzor) rəhbəri Sergey Dankvert qəbul edib.

Nazirlər Kabinetindən Mozalan.az - a verilən xəbərə görə, görüşdə Azərbaycan-Rusiya əlaqələrinin, xüsusi ilə ticari-iqtisadi əlaqələrin inkişafı qeyd olunub.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Rusiyanın Veterinar və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin yüksək səviyyədə əməkdaşlığından məmnunluq ifadə edilib. Bildirilib ki, ticarət dövriyyəsi üzrə nəzarət sisteminin effektivliyi sayəsində bir sıra ciddi vəzifələr həllini tapıb, bu da ticarət dövriyyəsinin artmasına kömək edib. Ötən ilin 10 ayında ticarət dövriyyəsinin 20 faizdən çox artması müsbət qiymətləndirilib. 2022-ci illə müqayisədə 2023-cü ildə Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracı 15 fa izdən çox artıb. Tərəflər Azərbaycandan Rusiyaya bir sıra kənd təsərrüfatı məhsullarının ixracına nəzarət prosedurunun sadələşdirilməsi barədə razılaşmanı da yüksək qiymətləndiriblər.

Görüşdə xəstə heyvanların transsərhəd heyvan xəstəlikləri profilaktikası və bununla mübarizə sahəsində əməkdaşlıq məsələləri də müzakirə olunub. Bu aspektdə Qida Təhlükəsizliyi Agentliyi və Rosselxoznadzor arasında bu gün transsərhəd heyvan xəstəlikləri ilə birgə mübarizəyə dair Protokolun imzalanmasının əhəmiyyəti qeyd edilib.

 

 

 

Bənzər xəbərlər

Gündəm

0.032383918762207