Nov 16

Rusiyadan Ermənistana göndərilən dərsliklərin paylanması dayandırılıb

Rusiyadan Ermənistana göndərilən dərsliklərin paylanması dayandırılıb.

Mozalan.az xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının vitse-spikeri Yuri Vorobyov öz “Telegram” kanalında yazıb.

Vorobyov qeyd edib ki, MDB çərçivəsində keçirilən iclaslarda iştirak etmək üçün Bişkekə yollanan Rusiya nümayəndə heyəti bu məsələni Ermənistan parlamentinin vitse-spikeri qarşısında qaldırıb.

Onun sözlərinə görə, Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi tədris materiallarının ekspertizasının zərurəti adı altında Rusiyanın hədiyyə etdiyi rusdilli dərsliklərin paylanmasını dayandırıb.

Vitse-spiker bildirib ki, Ermənistan parlamentinin təşəbbüsü ilə və Rusiya-Ermənistan Parlamentlərarası Komissiyasının iclaslarında erməni deputatların dəfələrlə müraciətləri nəzərə alınaraq, Federasiya Şurası rəhbərliyinin birbaşa dəstəyi ilə rus dilində tədris olunan erməni məktəblərinə 50 mindən çox dərsliyin alınması və təmənnasız göndərilməsi üçün əlavə büdcə vəsaiti tapmağa nail olunub:

“Həmin dərsliklərin 11 noyabrda Ermənistana çatdırılmasına və tələbatın çox olduğu məktəblərdə paylanmasına başlanılıb. Qəribəsi budur ki, erməni həmkarlarımız lazımi dərsliklərin konkret siyahısını özləri bizə göndəriblər. Ermənistan Təhsil və Elm Nazirliyinin bu prosesi dayandırması məni çox təəccübləndirdi”.

Vorobyov, yaxın vaxtlarda bütün maneələrin aradan qaldırılacağına ümid etdiyini bildirib.

 

Bənzər xəbərlər

Gündəm

0.027878046035767