Nov 16

Lavrov Fransanın Bəşər Əsədin həbsinə order verməsini qərəzli sayır

Rusiya xarici işlər naziri Sergey Lavrov Suriya Prezidenti Bəşər Əsədin həbsinə dair Fransa məhkəməsinin orderini şərh edib.

Mozalan.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Rusiya XİN başçısı deyib ki, Qərb məhkəmə sistemi dəfələrlə qərəzli olduğunu sübut edib.

Qeyd edək ki, Fransa dünən 2013-cü ildə kimyəvi silahlardan istifadə edərək etdiyi hücumlara görə, insanlığa qarşı cinayətlərdə iştirakda ittiham olunan Suriya Prezidenti Bəşər Əsədin həbsinə beynəlxalq order verib.

Ədliyyə mənbəsinin AFP-yə verdiyi məlumata görə, Əsəd 2013-cü ilin avqustunda Dəməşq yaxınlığında 1400-dən çox insanın ölümünə səbəb olan hücumlara görə hərbi cinayətdə iştirakda şübhəli bilinir.

Bənzər xəbərlər

Gündəm

0.0191490650177