Nov 16

Rusiyada hava hücumundan müdafiə gücləndirilib

Ukrayna ərazisindən atəşə tutulma hallarının artması fonunda Rusiyanın Mərkəzi Federal Dairəsinin regionları hava hücumundan müdafiəni gücləndirib.

Mozalan.az - ın Rusiya bürosu xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Voronejdə keçirdiyi müşavirədə bildirib.

“Regionlarda fəaliyyət göstərən operativ qərargahlar əhalinin və mühüm infrastrukturun mühafizəsi istiqamətində tədbirlər həyata keçirib, hava hücumundan müdafiə sistemi gücləndirilib. Kritik və təhlükəli obyektlərə yaxın ərazidə yerləşən ərazilərdə patrul xidməti təşkil edilib, yanğınların və digər dağıdıcı hərəkətlərin qarşısının alınması istiqamətində tədbirlər həyata keçirilib”, - deyə Təhlükəsizlik Şurasının katibi bildirib.

Patruşev qeyd edib ki, Mərkəzi Federal Dairədə terror və təxribat fəaliyyəti intensivləşib və mövcud vəziyyət sistemli işin davam etdirilməsini tələb edir. “Təkcə bu ilin əvvəlindən Belqorod, Bryansk və Kursk vilayətləri səkkiz min dəfədən çox atəşə tutulub, dəymiş zərər yeddi milyard rublu ötüb. Dairənin regionlarında 128 terror aktı törədilib, onların əksəriyyəti PUA-lardan istifadə edilməklə törədilib. 50-dən çox terror cinayətinin, o cümlədən 25 terror aktının qarşısı alınıb", - deyə Patruşev vurğulayıb.

O əlavə edib ki, hökumət ərazi müdafiə xətlərinin gücləndirilməsi üçün Ukrayna ilə həmsərhəd vilayətlərə vəsait göndərib.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyinin məlumatlarında demək olar ki, hər gün Ukrayna Silahlı Qüvvələri tərəfindən PUA-larla Rusiyanın sərhəd və mərkəzi regionlarına hücum xəbərləri yayılır.

Bildirilir ki, Bryansk, Kursk, Belqorod vilayətləri və Krımda terror təhlükəsi yüksək səviyyədədir.

Bənzər xəbərlər

Gündəm

0.03052806854248