XİN rəhbəri ABŞ gəmisinə PUA hücumunda İranın iştirakını təkzib edib
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Qırmızı dənizdəki ABŞ gəmisinə pilotsuz uçuç aparatı (PUA) ilə hücumunda ölkəsinin iştirakını təkzib edib.
Mozalan.az xəbər verir ki, bu barədə İran XİN başçısı Hüseyn Əmir Abdullahian “CBS News” telekanalına müsahibəsində bildirib.
Qeyd edək ki, dünən ABŞ Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına əsasən, amerikan hərbi gəmisinin istiqamətində Yəməndən göndərilən PUA vurub.
Baş vermiş hadisə nəticəsində xəsarət alan olmayıb və gəmiyə heç bir ziyan dəyməyib.
Xatırladaq ki, bir müddət əvvəl Yəmənin üsyançı "Ənsar Allah" silahlı hərəkatı (başqa adla husilər kimi tanınır) Qırmızı dənizdə ABŞ gəmilərinə hücum barədə bəyanat yayıb hədələmişdi.