Azərbaycan oktyabrda “OPEC+” kvotasından 195 min barel geri qalıb
Cari ilin oktyabr ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 603 min barel olub.
Energetika Nazirliyindən “Mozalan.az - Economics”ə verilən məlumata görə, hasilatın 489 min barelini xam neft, 114 min barelini kondensat təşkil edib.
Qeyd edək ki, “OPEC plus” əməkdaşlığı çərçivəsində 2023-cü ilin sonuna kimi Azərbaycanın ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barrel, gündəlik xam neft hasilatı üzrə kvotası isə 684 min barreldir.
Beləliklə, Azərbaycan oktyabr ayında "OPEC+" çərçivəsində kvotasından 195 min barel geridə qalıb.
Xatırladaq ki, razılaşma çərçivəsində “OPEC+” üzvləri 2023-cü ilin sonuna qədər gündəlik neft hasilatını 2 mln. barel azaldacaq. İyun ayında keçirilən nazirlərin son iclasında alyans 2024-cü ildən gündəlik neft hasilatını sutkada təxminən 1,4 mln. barel azaldacağını bəyan edib. Bundan əlavə, bir sıra razılaşma iştirakçısı (həmçinin Səudiyyə Ərəbistanı və Rusiya) kvotaları əlavə könüllü azaltmalara da qərar verib.