Nov 16

Azərbaycanda 10 ayda içki və tütünə 2 mlrd. manata yaxın vəsait xərclənib

2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkələrində istehlakçılara 1 milyard 959.6 milyon manatlıq içki və tütün məmulatları satılıb.

Mozalan.az -Economics”in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, 2022-ci ilin müvafiq dövrü ilə müayisədə bu göstəricinin həcmi 5.7% və ya 106.2 milyon manat çoxdur. Belə ki, 2022-ci ilk 10 ayında Azərbaycanda pərakəndə ticarət şəbəkələrində istehlakçılara 1 milyard 853.4 milyon manatlıq içki və tütün məmulatları satılıb.

Qeyd edək ki, cari ilin oktyabr ayında isə bu göstəricinin həcmi 208.9 milyon manat təşkil edib.

Bənzər xəbərlər

Gündəm

0.040573120117188