Nov 16

Tanınmış alim Arif Acaloğlu Bakıda yol qəzasında həlak olub, hadisəni KTM-in şöbə müdiri törədib.

Bakıda tanınmış alim Arif Acaloğlunun ölümü ilə nəticələnən yol qəzası faktına görə cinayət işi başlanılıb.

Mozalan.az - ın əldə etdiyi məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci ( yol istismar qaydalarını pozma, zərərçəkmişin ölümü ilə nəticələndikdə) maddəsi ilə cinayət işi açılıb. Eskpetizalar təyin edilib.

Bakıda tanınmış alim Arif Acaloğlunun həlak olduğu yol qəzasını törədən şəxsin kimliyi məlum olub.

Mozalan.az - ın əldə etdiyi məlumata görə, onu vuran “Mercedes” markalı avtomobili idarə edən şəxs Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov olub.

Bakıda tanınmış alim yol qəzasında həlak olub.

Mozalan.az xəbər verir ki, professor Arif Acaloğlu yol qəzasında həlak olub.

Hadisə Bakı Olimpiya Stadionunun yaxınlığında qeydə alınıb.

Sürücü "Mercedes" markalı avtomobil ilə H.Əliyev prospekti Mərdəkan istiqamətində hərəkətdə olarkən stadionla üzbəüz yolu keçən Acaloğlu Arif Mikayıl oğlunu vurub.

Yaralı xəstəxanaya yerləşdirilsə də, orada ölüb.

Qeyd edək ki, türkoloq alimin, İstanbul Mərmərə Universitetinin müəllimi Arif Acaloğlunun Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) dəvəti ilə konfransda iştirak üçün Bakıya gəldiyi bildirilir.

Bənzər xəbərlər

Gündəm

0.027850151062012