Nov 16

İrəvanda sinaqoqun yandırılmasına dair araşdırma başlanılıb - VİDEO

İrəvanda sinaqoqun yandırılmasına dair araşdırma başlanılıb.

Mozalan.az xəbər verir ki, bu barədə Ermənistanın Baş Prokurorluğu məlumat yayıb.

Qeyd edək ki, dünən səhər saatlarında Ermənistan paytaxtında naməlum şəxslər “Mordeçay Navi” sinaqoqunu yandırıblar. Binanın giriş hissəsi və qapısı üzərinə yanacaq tökülərək yandırılıb.

İrəvandakı yəhudi icmasının liderlərindən biri İsrail Dövlət Radiosunun saytına Ermənistanda olan yeganə sinaqoqun yandırıldığını təsdiqləyib. Bunun ardınca isə Ermənistanın Azadlığı Uğrunda Gizli Erməni Ordusu (The Armenian Secret Army for the Liberation of Armenia - ASALA) İrəvandakı yəhudi icma mərkəzinə edilən hücumun məsuliyyətini üzərinə götürüb.

ASALA-nın gənclər qanadı Ermənistanın paytaxtında sinaqoqu yandırıb və bəyan edib ki, bununla yekunlaşmayacaq, yəhudi icmasına qarşı növbəti hücum Ermənistanın hüdudlarından kənarda həyata keçiriləcək.

Xatırladaq ki, dünən baş verən hadisə, Ermənistanda antisemit mövqeyinin ilk nümayişi deyil. Ötən ay da ASALA-nın gənclər qanadı sinaqoqun üzərinə maye töküb, şüşələri sındırıb.

                                                           

Bənzər xəbərlər

Gündəm

0.025800943374634