AYİB Ukraynanın sürətli şəkildə bərpa olunacağına inanır
Ukraynanın sürətli şəkildə bərpa olunacağına inanıram.
“Mozalan.az-Economics” xəbər verir ki, bunu Avropa Yenidənqurma və İnkişaf Bankının iqlim strategiyası və regional paylanma departamentinin müdiri Konstantin Kintsuraşvili “Dayanıqlı İnkişafa dair 2-ci Bakı Forumunda çıxışı zamanı deyib.
Dayanıqlı İnkişaf Məqsədlərinin rolundan danışan Konstantin Kintsyraşvili qeyd edib ki, mümkün qədər daha tez bərpa olunan enerji mənbələrinə keçid olunmalıdır: “Bundan başqa, xəttidən dairəvi iqtisadiyyata keçid etməliyik. Yaşıl elektrik ucuzdur. Yaşıl elektrik geniş miqyasda tətbiq edilməlidir”.
DİM-lə bağlı Azərbaycanın roluna toxunan Kintsyraşvili bildirib ki, ölkəmiz tərəfindən bu layihələr uğurla icra edilir: “Düşünürəm ki, Azərbaycanın bu layihələri regionda etalon rolunu oynayacaq”.