10 ay ərzində metropoliten 177 milyon 975 min 429 sərnişin daşıyıb
2023-cü ilin oktyabr ayında "Bakı metropoliteni"QSC-dən 518 min 897 nəfəri güzəştli olmaqla, 21 milyon 184 min 895 sərnişin istifadə edib. Ay ərzində orta statistik gündəlik sərnişindaşıma 683 min 384 nəfər təşkil edib. Metropolitenə ən çox sərnişin oktyabrın 2-də (786 min 519), ən az isə 1-də (403 min 284) daxil olub.
Bu barədə "Bakı Metropoliteni"QSC-dən "Mozalan.az - Economics"in sorğusuna cavab olaraq bildirilib. Qeyd olunub ki, oktyabr ayının 22 iş günü ərzində metropoliten gündəlik orta statistik hesabla 768 min 36, 9 qeyri-iş günündə isə 476 min 455 sərnişin daşıyıb. “Koroğlu” stansiyası 1 milyon 739 min 323 nəfərlə hesabat ayının sərnişindaşıma lideri olub.
Qeyd edək ki, 2019-cu ilin - “COVID-19” pandemiyası elan edilənə qədər olan sonuncu ən çox sərnişin daşınan ilin eyni ayı ilə müqayisədə 6 faiz az, əvvəlki - 2022-ci ilin oktyabrına nəzərən 2.6 faiz çox sərnişin metropolitenin xidmətindən istifadə edib.
İllərin hesabat dövrlərinin müqayisəsində ötən 10 ay ərzində metropoliten 177 milyon 975 min 429 sərnişin daşıyıb. Eyni qayda ilə 2019-cu və 2022-ci illərin müqayisəli statistikasına nəzər salsaq, sərnişin fərqi, uyğun olaraq, 7.4 faiz az və 6 faiz çox olub.