Parlament Azərbaycanın Kahramanmaraşda tikinti işləri aparması haqqında Sazişi təsdiqləyib - YENİLƏNİB
Bu gün Milli Məclisdə “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Türkiyə Respublikasının Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikilməsi haqqında Əməkdaşlıq Sazişi”nin təsdiq edilməsi barədə” qanunun layihəsi müzakirəyə çıxarılıb.
Mozalan.az - ın xəbərinə görə, müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.
14 noyabr saat 11.04
Parlament Azərbaycanın Kahramanmaraşda tikinti işləri aparması haqqında Sazişi təsdiqləyəcək.
Mozalan.az xəbər verir ki, bu barədə Milli Məclisin sədri Sahibə Qafarova məlumat verib.
Onun sözlərinə görə, Milli Məclisin gündəliyi buna görə dəyişib.
Prezidentin bir məktubu ilə “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Türkiyə Respublikasının Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikilməsi haqqında Əməkdaşlıq Sazişi”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi bugünkü iclasın gündəliyinə daxil edilib.
Firuzə Vahid