Bu məhsullar gömrük rüsumundan azad ediləcək
Azərbaycana müdafiə təyinatlı məmulatların istehsalı üçün gətirilən avadanlıqlar, humanitar yardım kimi gətirilən mallar, ixrac məqsədli neft-qaz fəaliyyəti ilə əlaqədar avadanlıqlar gömrük rüsumundan azad ediləcək.
Mozalan.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən “Gömrük tarifi haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.
Həmçinin, dəyişikliyə əsasən, ölkəyə idxal edilən qızıl əşyalarının gömrük rüsumundan azad edilməsi halları müəyyən edilir.
Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq qəbul edilib.