Nov 15

Bakıda mağazadan 80 min manatlıq oğurluq olub

Bakıda mağazadan oğurluq olub.

DİN-dən Mozalan.az - a verilən xəbərə görə, Nərimanov rayonu ərazisindəki mağazaların birindən 80.000 manat dəyərində inşaat materiallarının oğurlanması barədə polisə məlumat daxil olub.

Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən Göyçay rayon sakini Nazir Cavadov və Ağdaş rayon sakini Mehman Məcidov müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.

Bənzər xəbərlər

Gündəm

0.14690804481506