Nov 15

“HƏMAS-ınız mübarək!”: Avstraliyada Milad bayramı üçün kreativ torba hazırlayan şirkət tənqid atəşinə tutuldu

Avstraliyada Milad bayramı üçün hazırlanmış çantanın təcili olaraq satışdan çıxarılması tələb olunub.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Vetçina satmaq üçün üzərində kreativ abreviatur yazılmış torba hazırlayan şirkət istehlakçılar tərəfindən tənqid atəşinə tutulub.

 İstehlakçıların narazılığına səbəb torbanın üzərində “Happy Ham-mas!” (HƏMAS-ınız mübarək!) ifadəsinin yazılması olub.

Qeyd edək ki, söhbət ingilis dilində “ham” - “vetçina” və qısaldılmış “Christmas” - “Milad” sözlərindən gedir. Əslində müəllifin ideyası sadəcə tematik çantada vetçina satmaq olub.

Şirkət artıq üzr istəyib və həmçinin qeyd edib ki, məhsulu hazırlayarkən bütün nəticələrini açıq şəkildə nəzərdən keçirməyib.

Mənbə: “Vestiru24” “Telegram” kanalı

Bənzər xəbərlər

Gündəm

0.035607099533081