ATƏT PA-nın prezidenti Bakıda bir sıra görüşlər keçirib
ATƏT Parlament Assambleyasının prezidenti Pia Kauma (Finlandiya) və Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kari Henriksen (Norveç) Azərbaycana səfər zamanı Ermənistanla tam nizamlanmanın əldə olunmasının zəruriliyini müzakirə ediblər.
"MOZALAN" xəbər verir ki, bu barədə ATƏT-in mətbuat xidməti məlumat yayıb.
ATƏT nümayəndələri səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Milli Məclisin sədri Sahibə Qafarova və xarici işlər nazirinin müavini Fariz Rzayevlə görüşüblər. Görüşlərdə Azərbaycanın ATƏT PA-da aktiv iştirakı təqdir edilib.
ATƏT nümayəndələri regiona səfər çərçivəsində Gürcüstan və Ermənistanda da olacaqlar.