FHN Ağalı kənd orta məktəbində tədbir keçirib - FOTO
Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi tərəfindən “Fövqəladə hallar zamanı davranış qaydaları” mövzusunda Zəngilan rayon Ağalı kənd tam orta məktəbində maarifləndirmə tədbiri keçirilib.
Nazirlikdən Mozalan.az - a verilən məlumata görə, tədbirin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə məktəb kollektivinə müvafiq biliklərin verilməsi olub.
Tədbirdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların baş vermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.
Tədbir zamanı suallar ətraflı cavablandırılıb.