Koçaryanın oğlu parlamentdə and içib
Robet Koçaryanın oğlu parlamentdə and içib.
Mozalan.az xəbər verir ki, bu barədə erməni “Telegram” kanalları məlumat yayıb.
Məlumata əsasən, Ermənistanın sabiq prezidenti Robert Koçayanın oğlu Levon Koçayan parlamentdə and içib və deputat seçilib. Bununla da o, “Hayastan” blokunu parlamentə təmsil edəcək.
Bir neçə gün əvvəl, Levon Koçaryana ölkənin Mərkəzi Seçki Komissiyasının qərarı ilə deputat mandatı verilib.
Xatırladaq ki, Levon Koçaryan 25 sentyabrda 1 ay müddətinə həbs edilib. Koçaryanın oğlu Baş nazir Nikol Paşinyanın əleyhinə paytaxt İrəvanda keçirilən etiraz aksiyalarında iştirak edən zaman saxlanılıb.
Onun barəsində dörd polis əməkdaşını döyməklə bağlı ittiham irəli sürülüb. Ötən ay isə onun həbs müddətinin 2 ay uzadılması ilə bağlı vəsatət qaldırılıb. Məhkəmə vəsatəti təmin edib. Amma "Hayastan" fraksiyasının üzvü Armen Çarçyan öz deputat səlahiyyətlərindən Levon Koçaryanın xeyrinə imtina edib. Buna görə də məhkəmə deputat toxunulmazlığı statusu qazanmış Levon Koçaryanı vaxtından əvvəl azad etməli olub.
Hacı Cavadov