Nov 13

Ukrayna İran dronları ilə mübarizə üçün İordaniyadan HHM sistemləri alacaq

Ukrayna İordaniyadan “Cheetah” hava hücumundan müdafiə sistemləri alacaq.

Mozalan.az xəbər verir ki, bu barədə Niderlandın “De Telegraaf“ agentliyi yazıb.

Nəşrin sözlərinə görə, 60 ədəd “Cheetah” sistemləri 2013-cü ildə Niderland tərəfindən İordaniyaya 21 milyon avroya satılıb.

ABŞ isə Ukraynaya hərbi yardım çərçivəsindən sözügedən HHM sistemlərini İordaniyadan 110 milyon avroya alıb Kiyevə göndərir və yaxın zamanda texnikanın ilk partiyasının təhvil verilməsi gözlənilir.

Ukraynaya göndərilməsi nəzərdə tutulan “Cheetah” zirehli texnika yerdən alçaq məsafədə uçan təyyarə və helikopterlərlə mübarizə aparmaq üçün istifadə edilə bilər. Ukrayna ordusu bu tip sistemlərin köməyi ilə İran istehsalı olan “Shaheed” pilotsuz uçuş aparatları ilə mübarizə aparır.

 

Hacı Cavadov

 

 

Bənzər xəbərlər

Gündəm

0.022361040115356