Nov 13

OPEC qlobal neft tələbatı üzrə proqnozunu cüzi artırıb

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2023-2024-cü illər üçün gündəlik qlobal neft tələbatı üzrə proqnozunu cüzi artırıb.

"Mozalan.az - Economics"in OPEC-in aylıq hesabatına istinadən verdiyi məlumata görə, cari il qlobal gündəlik neft tələbatının 102,11 mln. barel səviyyəsində olacağı gözlənilir, bu da öncəki proqnoz göstəricisindən 0,05 mln. barel çoxdur. 2023-cü ildə neft tələbatının artım tempi 2,46 mln. barel olacaq (öncəki proqnoz – 2,44 mln. barel).

Hesabata əsasən, OPEC gələn il üçün qlobal neft tələbatının 104,36 mln. barel (öncəki proqnoz göstəricisi ilə müqayisədə 0,05 mln. barel artım) səviyyəsində olacağını proqnozlaşdırır, bu da 2023-cü ilin proqnoz göstəricisi ilə müqayisədə 2,25 mln. barel artım deməkdir (proqnoz dəyişməyib).

Hesabata əsasən, ötən il qlobal gündəlik neft tələbatı 99,66 mln. barel səviyyəsində olub. Belə ki, 2022-ci ildə neft tələbatının artım tempi 2,74 mln. barel təşkil edib.

Xatırladaq ki, 2021-ci ildə qlobal gündəlik neft tələbatının artım tempi 5,74 mln. barel təşkil edib, qlobal gündəlik neft tələbatı 96,92 mln. barel səviyyəsində olub. 2020-ci ildə qlobal gündəlik neft tələbatı 91,13 mln. barel olub.

 

 

Emil İsmayılov

 

Bənzər xəbərlər

Gündəm

0.12163591384888