Nov 13

KİV: Rusiyada növbəti prezidenti seçkiləri gələn il martın 17-də keçiriləcək

Rusiya Federasiya Şurası prezident seçkilərinin tarixini dekabrın 13-də açıqlaya bilər.

Mozalan.az - ın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya rəsmi mediası mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, prezident seçkilərinin 2024-cü il martın 17-də keçirilməsi ehtimal olunur.

Qeyd edək ki, 2020-ci ildə iyul ayında ölkə konstitusiyasına edilən dəyişikliklərlə bağlı keçirilən ümumxalqsəsverməsi-referendumun nəticələrinə görə, Rusiyada prezidentlik müddəti 4 ildən 6 ilə qaldırılıb. Eyni zamanda hazırkı Prezident Vladimir Putinin əvvəlki prezidentlik müddəti sıfırlanıb. Bu isə Putinə növbəti dəfə dövlət başçısı vəzifəsinə namizədliyini irəli sürməyə imkan verir.

 

Fərid Əkbərov

Bənzər xəbərlər

Gündəm

0.03099513053894