Nov 13

S&P: Azərbaycan oktyabrda “OPEC+” kvotasından 204 min barel geri qalıb

Bu ilin oktyabr ayında Azərbaycanda ortalama gündəlik xam neft hasilatı 480 min barel səviyyəsində olub.

Bu barədə “Mozalan.az -Economics” “Platts”ın məlumatları əsasında tərtib olunmuş “S&P Global Commodity Insights”ın icmalına istinadən xəbər verir.

Məlumata görə, “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) əməkdaşlığı çərçivəsində Azərbaycanın gündəlik xam neft hasilatı üzrə kvotası 684 min bareldir.

Beləliklə, “S&P Global Commodity Insights”ın icmalına əsasən, Azərbaycan oktyabr ayında "OPEC+" çərçivəsində kvotasından 204 min barel geridə qalıb.

Azərbaycan Respublikası Energetika Nazirliyinin məlumatına görə, 2023-cü ilin sentyabr ayında Azərbaycanda gündəlik xam neft hasilatı 491 min barel təşkil edib və ölkə bu dövrdə "OPEC+" çərçivəsində kvotasından 193 min barel geridə qalıb.

Qeyd edək ki, razılaşmanın çərçivəsində “OPEC+” üzvləri 2023-cü ilin sonuna qədər gündəlik neft hasilatını 2 milyon barel azaldacaq.İyun ayında keçirilən nazirlərin son iclasında alyans 2024-cü ildən gündəlik neft hasilatını sutkada təxminən 1,4 milyon barel azaldacağını bəyan edib.

 

Emil İsmayılov

Bənzər xəbərlər

Gündəm

0.017390012741089