Spiker: Büdcənin sosialyönümlü olmasına xüsusi diqqət yetirilib
Bu gün Milli Məclisdə müzakirəsinə başladığımız büdcə layihəsi ölkənin inkişafında
müsbət meylləri əks etdirir.
Mozalan.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında
“Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında”
qanun layihəsinin müzakirəsində
spiker Sahibə Qafarova deyib.
Sahibə Qafarova bildirib ki, gələn il göstəricilərin rekord həddə olması
dövlətimizin artan iqtisadi gücüdür:
“Büdcənin sosialyönümlü olmasına xüsusi diqqət yetirilib. Dövlət büdcəsinin
digər prioritetləri sırasında
təhsil, müdafiə potensialının gücləndirilməsi, azad edilmiş ərazilərin bərpnsı
diqqət mərkəzində saxlanılacaq.
İnamla söyləmək olar ki, gələn il dövlət büdcəsinin həyata keçirilməsi
Prezident İlham Əliyevin siyasətinin
həyata keçirilməsinə, dövlət proqramlarının reallaşdırılmasına zəmin yaradacaq”.
Firuzə Vahid