Nov 13

Gəncədə dəm qazından zəhərlənənlər evə buraxılıb - YENİLƏNİB

12.11.2023-cü il tarixində saat 23:02 radələrindən başlayaraq Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxanaya dəm qazından zəhərlənmə səbəbilə 5 nəfər yerləşdirilib.

Bu barədə TƏBİB-dən Mozalan.az-ın sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, onlara zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş hesab olunan şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

***

02:16

Gəncədə zəhərlənmə faktı qeydə alınıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində yerləşən yaşayış binalarının birindəki mənzildə qeydə alınıb.

1954-cü il təvəllüdlü M.Qurbanova, 1987-ci il təvəllüdlü Ş.Qurbanova, 2008-ci il təvəllüdlü V.Qurbanov və 2010-cu il təvəllüdlü A.Qurbanov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriblər.

Dərhal onlara yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Bildirilib ki, həmin şəxslər evdə dəm qazından zəhərləniblər.

Qeyd edək ki zəhərlənən şəxslər bir ailənin üzvləridir.

Faktla bağlı araşdırma aparılır.

Aləmdə Nəsib

Fuad Nazimoğlu

Bənzər xəbərlər

Gündəm

0.022815942764282