Fələstin lideri prezident və parlament seçkiləri keçirməyə hazır olduğunu açıqlayıb
Fələstin lideri Mahmud Abbas Qüds də daxil olmaqla bütün Fələstin ərazilərində ümumxalq prezident və parlament seçkisi keçirməyə hazır olduğunu bildirib.
Ər-Riyadda ərəb və müsəlman ölkələri liderlərinin növbədənkənar sammitinin açılışında çıxışı zamanı M.Abbas Fələstin hakimiyyət orqanlarına beynəlxalq dəstəyə çağırıb. Onun sözlərinə görə, bu, Fələstin ərazilərində fəaliyyət, o cümlədən Qəzza zolağının bərpası üçün lazımdır.
O, həmçinin Fələstinli qaçqınlarla bağlı problemin həlli üçün zəmanətlərin və qrafikin təqdim edilməsinə zərurət yarandığını da bildirib.
Mənbə: Lenta.ru