Xorvatiyanın müdafiə naziri ağır qəza törədib, bir nəfər ölüb
Xorvatiyanın müdafiə naziri Mario Banoziç şəxsi avtomobilində ağır qəza törədib.
Mənbə iddia edir ki, yol-nəqliyyat hadisəsi nəticədə digər avtomobilin sürücüsü həlak olub.
Həkimlərin sözlərinə görə, 44 yaşlı nazirin həyatı üçün təhlükə yoxdur:
“O, kəllə-beyin travması alıb, amma huşu yerindədir”.
Hadisənin səbəbi hələ məlum deyil. Hadisə ilə bağlı araşdırma aparılır.
Mənbə: Lefigaro