Nov 11

İslandiyada vulkan püskürməsi təhlükəsinə görə kurort zonası bağlandı - FOTO

İslandiyada Reykyanes yarımadasında yerləşən məşhur “Qolubaya Laquna” geotermal kurort zonası son bir neçə gündür ölkənin cənub-qərbində baş verən zəlzələlər səbəbindən müvəqqəti olaraq bağlanıb.

Təkcə son 24 saat ərzində həmin ərazidə 1400-ə yaxın yeraltı təkan baş verib. Nəticədə istirahət edənlər çaxnaşma içində taksi ilə yerli kurortdan uzaqlaşmağa məcbur olublar.

Məsələ burasındadır ki, zəlzələlər yeraltı maqmanın toplanmasına təkan verib və əgər maqma yerin səthinə çıxarsa, dərhal vulkan püskürməsinə səbəb olacaq.

Son iki ildə ən azı üç belə hal baş verib, lakin hamısı yaşayış olmayan ərazilərdə olub. Məhz buna görə də “Qolubaya Laquna” administrasiyası kurortu ən azı noyabrın 16-dək bağlamaq qərarına gəlib.

Mənbə: “KP.ru” “Telegram”

Bənzər xəbərlər

Gündəm

0.090037822723389