Nov 10

İsrail ordusu Suriya ərazisinə zərbələr endirib

İsrail Müdafiə Ordusu ölkənin cənubunda Qırmızı dənizdə yerləşən Eylat şəhəri istiqamətində pilotsuz uçuş aparatının (PUA) buraxılmasına cavab olaraq Suriyaya zərbələr endirib.

Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

“İsrail Müdafiə Ordusu Suriyada dünən (noyabrın 9-da - red.) pilotsuz uçan aparatla Eylatdakı məktəbi vuran təşkilata hücum edib”, - deyə məlumatda bildirilir.

İsrail hərbçiləri qeyd ediblər ki, Suriya ərazisindən törədilən istənilən terror fəaliyyətinə və hücuma görə, rəsmi Dəməşq tam məsuliyyət daşıyır.

“İsrail Müdafiə Ordusu ölkəyə qarşı təcavüzə sərt cavab verəcək”, - deyə ordunun mətbuat xidmətinin bəyanatında deyilir.

Mənbə: TASS

Bənzər xəbərlər

Gündəm

0.048869132995605