İranlı jurnalist həbs edildi - FOTO
İranda jurnalistlərə qarşı təzyiqlərin davamı olaraq qadın jurnalist və tərcüməçi Mənijə Müəzzin dünən həbs edilib.
Bu barədə “Azad İran” “Telegram” kanalını xəbər yayıb.
Məlumata görə, təhlükəsizlik qüvvələri jurnalistin çalışdığı “Eko İran” media qurumuna gedərək onu həbs ediblər.
Təhlükəsizlik qüvvələri beynəlxalq iqtisadiyyat və mühacirət sahəsində daha çox fəal olan jurnalistin evində də axtarış aparıb və onun şəxsi əşyalarının bir qismini müsadirə ediblər.
Qeyd edək ki, jurnalistin həbsinin səbəbi və hara aparıldığı barədə məlumat yoxdur.